Dünya

İvanişvili Gürcüstanın hakim partiyasının sədri oldu

  • 26 Apr 2018
  • 158904 baxış

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişib.

Milli.Az XalqTv.com-a xəbər verir ki, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.
 
Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamı Bidzina İvanişvili hakim partiyanın sədri təyin olunub. G.Kvirikaşvili deyib ki, partiyaya rəhbərlik B. İvanişviliyə təklif olunub və o, təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiya Bidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR