Dünya
\"Telegram\"a daha bir ölkədən zərbə
İran hökuməti ölkədə "Telegram Messenger" şirkətinin lisenziyasını ləğv edib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə "Telegram" proqramının ölkə ərazisində istifadəsi üçün verilmiş lisenziya etibarsız sayılıb.
Xatırladaq ki, "Telegram" ötən ilin sonlarında İranda qeydə alınan etiraz aksiyaları zamanı bağlanmış, yanvar ayında fəaliyyəti bərpa olunmuşdu.
Ölkədə 45 milyon "Telegram" istifadəçisinin olduğu deyilir.
XalqTV.com
RƏYLƏR