Dünya

Quterreşdən Ermənistan prezidentinə çağırış

  • 27 Apr 2018
  • 145693 baxış

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı keçirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

>

Danışıqlar zamanı Ermənistanda baş verən son hadisələr müzakirə olunub: "Antonio Quterreş Ermənistanda baş verən son hadisələrlə bağlı vəziyyətin sülh yolu ilə, münaqişə tərəfləri arasında dialoq vasitəsilə və konstitusion çərçivədə həll olunmasının vacibliyini vurğulayıb", deyə Düjarrik bildirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR