Xəbərlər
Kafelləri təmizləmək üçün QARIŞIM
Hamam təmizliyində diqqət edilməli ən əhəmiyyətli nöqtələrdən biri kafellərin təmizliyidir. Adətən kafellərin arasına dolan çirk pis bir görünüş yaradır.
XalqTV.com-ın ailem.az-a istinadən verəcəyi bu qarışımla kafelləriniz parıldayacaq.
Lazım olanlar:
1 stəkan hidrogen peroksid
1 xörək qaşığı soda
>Bir az yuyucu vasitə
Hazırlanması:
Bir balonun içərisinə bütün vəsaitləri töküb ağzını bağlayaraq, 10 dəqiqə çalxalayın. Köpüklənməyə başlayan qarışımı plastik qaşıqla qarışdırın. Bu qarışımı çirkli kafellərin üzərinə töküb ovalayın. Kafelləriniz tərtəmiz olacaq.
XalqTV.com
RƏYLƏR