idman

Bakıda Formula 2-nin son yarışı başladı - 3 pilot yarışı dayandırdı - YENİLƏNİB

  • 29 Apr 2018
  • 156317 baxış

Bu gün 2018 Formula Azərbaycan Qran Prisi çərçivəsində FİA Formula 2 üzrə sonuncu, ikinci yarış başlayıb.

Milli.Az XalqTv.com-a istinadən xəbər verir ki, pilotlar təxminən 45 dəqiqə ərzində Bakı Şəhər Halqasında 21 dövrə vuracaqlar. Qeyd edək ki, şənbə günü keçirilmiş ilk yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken, üçüncü yeri "Charouz Racing System"dən italiyalı Antonio Fuoko tutub. Ümumilikdə, Formula 1-də olduğu kimi, Qran Prinin Formula 2 yarışlarında da 10 komandanın hər birində 2 nəfər olmaqla sürətli bolidlərlə 20 pilot yarışır.

Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokodur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR