idman

28-ci çempionluq

  • 30 Apr 2018
  • 158501 baxış

Serbiya Super Liqasında 2017-18 mövsümünün çempionu müəyyənləşib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, XXXIV turda "Napredak" üzərində 2:0 hesablı səfər qələbəsi qazanan "Srvena Zvezda" rəqibləri üçün əlçatmaz olub.

Nenad Krstiçiçin dublundan sonra xallarının sayını 51-ə çatdıran "Srvena Zvezda" ən yaxın izləyicisi "Partizan"ı 11 xal qabaqlayır. Bu isə o deməkdi ki, son 3 turdakı nəticələrdən asılı olmayaraq, "Srvena Zvezda" mövsümü qızıl medalla tamamlayacaq.

Komanda bununla tarixində 28-ci dəfə ölkə çempionluğuna qovuşub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR