Dünya

Sankt-Peterburqda 3 nəfər tankın altında qaldı

  • 30 Apr 2018
  • 150505 baxış

Sankt-Peterburqda keçirilmiş hərbi festival zamanı 3 nəfər tankın altında qalıb.

XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, poliqonda tankların yürüşü zamanı tankın üzərində olan 3 nəfər yerə yıxılıb.

Bu zaman tank onların üzərinə çıxıb. Əvvəlcə həmin şəxslərin həlak olduğu barədə məlumat verilsə də, daha sonra xəsarət aldıqları bildirilib.

>

Xəsarət alanlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR