idman

\"İtaliya A Seriyası çox azarkeş itirə bilər\"

  • 01 May 2018
  • 152516 baxış

"Napoli" İtaliya A Seriyasının 35-ci turunda "Fiorentina"ya 0:3 uduzub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Neapol klubunun baş məşqçisi Maurisio Sarri maraqlı fikirlər səsləndirib.

"Biz oyunlara diqqət yetirməliyik. Qalan heç nə haqqında düşünmək istəmirəm. Həyatda hər şeyin sonu var. Gec-tez bu hegemonluq ("Yuventus"un) başa çatacaq. Premyer Liqada hər mövsüm yeni çempion var. Azarkeşlərin komandalarına qarşı sevgisi möhkəmlənir, hər kəsin titul qazanmağa ümidlidir. İtaliyada vəziyyət fərqlidir. Çoxlu azarkeş itirmək riski var. Fanatlar yaxşı bilir ki, heç vaxt çempion olmayacaq komandanı dəstəkləyirlər. Çempionatın sürəti azalsa, varlı klublar da problem yaşayacaq".

Yerli mətbuat təcrübəli mütəxəsisin Premyer Liqanı nümunə göstərməsindən belə nəticə çıxarıb ki, o, ingilis klublarından birinə gedəcək. Namizədlər arasında "Celsi", "Arsenal", hətta "Tottenhem" də var.

"Pis oyunumza görə uduzduq. Məğlubiyyətə görə üzr istəyirik, adətən belə oynamırıq. Biz maşın deyilik. Zamanla eniş ola bilər. İndi əsas işimiz növbəti həftəyə hazırlaşmaqdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR