idman

BƏƏ-də \"Skype\" ilə zənglərə qadağa götürüləcək

  • 01 May 2018
  • 105046 baxış

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti "Skype" və "FaceTime" ilə ödənişsiz zənglərə məhdudiyyətin arasan qaldırılması ilə bağlı danışıqlar aparır.

XalqTV.com lent.az-a istinadən bildirir ki, video rabitə üçün ödənişsiz tətbiqlərin bloklanması ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya provayderləri istifadəçilərə özlərinin ödənişli tətbiqlərini təklif edirlər. 

Ancaq "Microsoft" korporasiyası BƏƏ-də bir neçə məlumat emalı mərkəzləri yaradaraq işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.  

>

Hazırda ölkə hökuməti "Microsoft" və "Apple" ilə bu məsələ ilə bağlı danışıqlar aparırlar. 

Bundan öncə isə bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti "WhatsApp" və "Skype" messencerləri ilə səsli zənglərə məhdudiyyəti aradan qaldıracaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR