Dünya

Məşhur opera müğənnisi vəfat etdi

  • 01 May 2018
  • 152675 baxış

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.

>

1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.

2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR