SAĞLAMLIQ

O bulyonları yeməklərə qatmayın - XƏSTƏLİK YARADIR

  • 01 May 2018
  • 112973 baxış

Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatırıq. Bu bulyonlar yeməklərimizə ətir və dad qatsa da, sağlamlıq baxımından zərərlidir. Milli.Az Xalqtv.com-a xeber verirki bir çox xəstəliyə səbəb olduğu deyilən ət və toyuq bulyonlarının sağlamlığa zərərini sadalayır.

Ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında Parkinson, epilepsiya, köklük və Alzheimer kimi əhəmiyyətli sağlamlıq problemləri var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.

MSG nədir?

MSG ləzzət artırıcı təsiri olan bir məhsuldur. Çin duzu olaraq bilinən bu məhsul çox istifadə edildiyi təqdirdə sinir hüceyrələrinə zərər verir, qaraciyəri zədələyir.

MSG həmçinin aşağıda sadalanan sağlamlıq problemlərinə yol açır :

- Sinir hüceyrələrinə zərər verir

- Yağ yığıntısı ilə birlikdə köklük, qaraciyər zədəsi, diabet, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.

- Epilepsiya (sara) xəstəliyinə səbəb olur. 

- Mərkəzi sinir sisteminə zərər verərək alzheimer, parkinson, huntinqton xəstəliklərinin yaranmasına səbəb olur.

Hamiləlikdə zərərlidir 

Tərkibində MSG olan məhsullar arasında çips, ət bulyonları, dondurma, hazır şorba və rəngli yoqurtlar yer alır. Bu məhsulların, xüsusilə, hamiləlik dövründə istifadəsi çox təhlükəlidir. Hamiləlkdə bu məhsuldan istifadənin ən böyük zərəri plasentanı keçərək, birbaşa uşağa zərər verməsidir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO