SAĞLAMLIQ

Şirin yuxu tapasan...

  • 01 May 2018
  • 154033 baxış

Uşaqların əhvali-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Milli.Az XalqTv-a istinadən bildirir ki, dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, allergiya və bir çox problemlərlə üzləşirlər. Müasir dövrdə uşaqlar üçün hər şey mağazadan alınır və çox vaxt hazır məhsulun materialının təbii olub-olmamasına diqqət yetirilmir.

Uşaq böyüklər kimi yun döşəkdə, nahamvar yerdə və toyuq tükündən iri yastıqda yata bilməz. Onların hələ formalaşmamış sümük, onurğa və daxili orqanların düzgün yer alması üçün hər bir valideyn övladı doğulandan rahat yataq təşkil etmək qayğısına qalmalıdır. Mütəxəssislərin fikrincə, 3 yaşına kimi körpələr içi təbii materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. 3 yaşından 7 yaşına kimi uşaqlar üçün orta bərklikdə döşək lazımdır, həmçinin uşaq çarpayılarının öz döşəklərində metal detal olmamalıdır. Metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizmi üçün zərərlidir.

Körpələr üçün natural lateks və viskomaterialdan döşəklər uyğundur. Uşaq döşəyi hava almalı, hipoallergen, ortopedik, düzgün ölçüdə, mikrob əleyhinə, keyfiyyətli natural üzlüklə və sərt olmalıdır. Uşağın boyun və başının formasını düzgün alan yastıq da vacibdir. Yeni doğulmuş körpəyə yastıq lazım deyil, onun başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq kifayətdir. Üstünə örtülən material da pambıqdan olmalıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO