idman
\"Qarabağ\"a vurulan qollar ən yaxşı seçilə bilər
İngiltərənin "Çelsi" klubu 2017/2018 mövsümündə vurulan ən yaxşı qolların səsverməsinə başlayıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, klubun rəsmi saytında aparılan səsvermədə 9 qol mükafat üçün iddialıdır. Ən yaxşı qol isə mayın 10-u elan olunacaq.
Siyahıda London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu iki qol da yer alıb. Qrup mərhələsinin ilk oyununda Ağdam təmsilçisini 6:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci qolu vuran David Zapakosta və Bakıdakı görüşdə (0:4) fərqlənən Villian mükafat üçün yarışacaq.
Qeyd edək ki, ötən mövsüm bu mükafatı komandanın belçikalı ulduz futbolçusu Eden Azar alıb.
XalqTV.com
RƏYLƏR