idman

\"Roma\" yenə möcüzə axtarışında

  • 02 May 2018
  • 145799 baxış

UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bununla ikinci finalçının adına aydınlıq gələcək.

Mövsümün iki sürpriz komandası final yolunda qarşılaşacaq. "Enfild Roud"da böyükhesablı məğlubiyyətə düçar olan "Roma" bu dəfə "Liverpul"u doğma arenasında qəbul edəcək. "Canavarlar" öncəki mərhələdə "Barselona" üzərindəki möhtəşəm qələbəni təkrarlamaq əzmindədilər. Ancaq "qırmızılar"ın finala yüksəlmək şansı daha çoxdu.

Komandaların heyətlə bağlı problemləri mövcuddu. "Roma"da müdafiəçi Rik Karsdorp iştirak etməyəcəksə, yarımmüdafiəçi Kevin Strotman və hücumçular Dieqo Perotti ilə Qreqorye Defrelin yüngül zədəsi var. "Liverpul"da isə itkilər daha çoxdu. Müdafiəçi Joel Matip, orta sahə oyunçuları Aleks Oksleyd-Çemberlayn və Əmrə Can baş məşqçi Yurgen Kloppun ixtiyarında deyillər.

Çempionlar Liqası - Yarımfinal (cavab oyunu)

2 may

22:45. "Roma" (İtaliya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma, "Olimpiya" stadionu
İlk oyun - 2:5

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR