idman

Salaha alternativ tapıldı

  • 02 May 2018
  • 154812 baxış

"Liverpul" transfer fəaliyyətinə başlayıb.

XalqTV.com apasport.az-a istinadən məlumatına görə, "qırmızılar", xüsusən də, vinger axtarışına çıxıb.

Baş məşqçi Yurgen Klopp komandanın lideri Məhəmməd Salaha alternativ alınmasını istəyib. Almaniyalı mütəxəssis həmyerlisi Yulian Brandtı ən layiqli əvəzedici hesab edir. Bu səbəbdən ingilislər "Bayer"in cinah oyunçusunun keçidi üçün qarşı tərəflə danışıqlara start verib. Əgər Salah başqa komandaya satılsa, o zaman komandada misirlini məhz 22 yaşlı Brandt əvəz edə bilər.

Qeyd edək ki, "Bayer"in yetirməsi olan Yulian Brandt 2014-cüi ildən əsas komandada çıxış edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR