idman

\"Karraqer kimi bir adam məni necə tənqid edə bilər?\"

  • 03 May 2018
  • 152695 baxış

"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaini hazırda televiziyada çalışan Ceymi Karraqerin onu tənqid etməsinə münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, belçikalı havbek Karraqer kimi insanların tənqid etməyə haqqı çatmadığına işarə vurub.

"Ceymi Karraqer kimi bir adam məni necə tənqid edə bilər? Bu şəxs "Mançester Yunayted" - "Liverpul" oyunundan sonra avtomobilindən qıza tüpürmüşdü. Əslində tənqid inkişafa kömək edir. Daha çox çalışmağa başlayır və insanlara sübut etməyə çalışırsan ki, sənin barəndə səhv fikirdədir. Mənim üçün əsas odur ki, azarkeşlər son illər "Yunayted"in qazandığı titullarda hansı rolu oynadığımı bilir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR