Dünya

Milyarderin raketi rekord vurdu

  • 04 May 2018
  • 154008 baxış

"Amazon" şirkətinin təsisçisi Ceff Bezosun "Nyu Şepard" raketi yeni rekord vurub.

XalqTV.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə "MarketWatch" məlumat yayıb.

Xəbərə görə, "Blue Origin" kompaniyasının raketi 351 min fut (təxminən 107 km) hündürlüyə qədər yüksələ bilib.
Bu "Nyu Şepard" raketinin artıq 8-ci test uçuşudur. Raket havalandıqdan sonra ondan ayrılan "Skayuoker" kapsulu dəfələrlə istifadə üçün nəzərdə tutulub. Sözügedən kapsul 6 nəfərlikdir.

>

"Blue Origin" 2018-ci ilin sonunda ilk idarə edilən uçuşunu həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Ceff Bezos "Blomberg"in versiyasına əsasən, ABŞ-ın ən zəngin şəxsidir. Onun sərvəti 131 milyard dollar qiymətində dəyərləndirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR