\"Twitter\"dən xəbərdarlıq - Parolları dəyişin
"Twitter"in parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən "Twitter" bütün istifadəçilərini sistemə giriş üçün parolları dəyişdirməyə səsləyib.
XalqTV.com ICTnews-a istinadən xəbər verir ki, "Twitter"də öz hesabınız üçün parol yaradarkən şirkətimiz tərəfindən istifadə edilən texnologiyalar parolları elə maskalayır ki, şirkətin əməkdaşları onları görə bilməsinlər.
>"Bu yaxınlarda məlum olub ki, parollar daxili jurnalda maskalanmamış şəkildə saxlanılıb. Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb", - deyə şirkətin bəyanatda bildirilib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sonunda "Twitter" servisində 330 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.
XalqTV.com