Dünya
\"Valensiya\" \"İnter\"lə ortaq məxrəcə gələ bilmir
Portuqaliyalı müdafiəçi Joao Kanselo "İnter"dən gedə bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Valensiya" "nerazzurri"yə icarəyə göndərdiyi futbolçun geri qaytarmaqda israrlıdır. İnter mayın 31-nə kimi 35 milyon avro ödəməklə Kanselonun transfer hüquqlarına sahib çıxa bilər.
Amma "Financial fair play" səbəbindən Milan klubu bir qədər möhlət istəyib. "Valensiya" isə müdafiəçiyə digər klubların, o cümlədən "Real"ın maraq göstərdiyini nəzərə alıb gözləmək niyyətində deyil.
XalqTV.com
RƏYLƏR