Dünya

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

  • 26 May 2017
  • 239 baxış

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs məhkəmənin qərarı ilə  həbs edilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudovun həbsini tələb edib.

Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşlarından ibarət qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR