SAĞLAMLIQ

Hemofiliya xəstələrinin sayı azalır

  • 05 May 2018
  • 153612 baxış

Hemofiliya problemi 18 yaşdan yuxarı xəstələrin iş tapmasına çətinliklər törədir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, hemofiliyalı gənclər iş üçün müraciət etdikdə onları işə qəbul etməkdən çəkinirlər: "Müraciət etdikləri qurumlarda xəstəlikləri barədə öyrənəndə hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər. Bu, düzgün yanaşma deyil. İnanırıq ki, maarifləndirmə tədbirləri sayəsində insanlar belə fikirlərdən daşınacaq, xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasına kömək edəcəklər".

>

V.Hüseynov bildirib ki, son üç ildə qəbul olunan bir sıra dövlət proqramları, həmçinin nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında ciddi azalma müşahidə edilib.

Son illər aparılan işlər sayəsində xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarı qalxıb. Hazırda mərkəzdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 774 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 779 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 752 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 851 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO