Dünya
Məşhur futbolçu boksçu ola bilmədi - FOTO
Britaniyanın məşhur və sabiq futbolçusu Rio Ferdinand boksçu karyerasını başlamamış bitirməli olub.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Boks İdarəetmə Komitəsi (British Boxing Board of Control, BBBC) ona peşəkar boks rinqində çıxış etmək üçün lisenziya verməyib.
39 yaşlı sabiq futbolçu bu qərardan pərişan və narazı qaldığını bildirib.
>"Mançester Yunayted" klubunun sabiq ulduzu Rio Ferdinand futbolçu karyerasını 2015-ci ildə başa vurub. Elə həmin il onun xanımı Rebekka döş xərçəngindən vəfat edib.
Üç övlad atası Ferdinandın dediyinə görə, sürəkli məşqlər ona depressiyadan qurtulmağa yardım edir.
XalqTV.com
RƏYLƏR