idman

Qız gözəl görünmək istədi, Şrekə bənzədi - FOTO

  • 05 May 2018
  • 152501 baxış

İngiltərənin Nottingem şəhərinin sakini, 20 yaşlı Denni Bryus artıq neçə gündür ki, evdən eşiyə çıxmır. Dediyinə görə, utanır.

Səbəb isə istifadə etdiyi "qaralma tonu"nun onu eybəcər görkəmə salmasıdır.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Denni dərisinə süni şəkildə "gün qaralması" effekti vermək üçün 3 butulka "St Moriz Darker Than Dark"dan istifadə edib.

Qaralma tonunu dərisinə çəkəndən sonra Denni gjözəl, bürünc rəngli dəriyə sahib olacağını düşünürdü.

>

Tam əksi olub: onun dərisi yaşıl rəngli olub.

Qız başına gələnlər barədə Facebook-dakı profilində bəhs edəndən və fotolarını paylaşandan sonra o, lağlağı obyektinə çevrilib.

Denni Bryusu multfilm qəhrəmanı Şrekə bənzədiblər. Bəziləri isə "indi Şrekin xanımı Fionaya bənzədin" yazıblar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-15151-qiz-gozel-gorunmek-istedi--shreke-benzedi---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11