SAĞLAMLIQ

Qocalmaya qarşı vasitə tapıldı

  • 05 May 2018
  • 152578 baxış

Massaçusets texnologiya institutunun bioloqları  24 saat ərzində ac qalmanın bağırsağın kök hüceyrələrinin qocalmasını dayandıra bildiyini müəyyən edib.

XalqTV.com oxu.az-a istinadən bildirir ki, alimlərin elmi işi "Cell Stem Cell" jurnalında dərc olunub.

Bağırsağın kök hüceyrələri mədə-bağırsaq sistemində müxtəlif faydalı funksiyaları yerinə yetirən hüceyrələrin bərpa olunmasına cavab verir.

Yaş ötdükcə bağırsaqda yeni hüceyrələrin meydana gəlmə prosesi zəifləyir. Bu isə onu müxtəlif infeksiyalara, bədxassəli şişin inkişafına həssas edir.

Tədqiqatda 24 saat ərzində ac saxlanılan siçanlardan istifadə olunub.

Ac saxlandıqdan sonra  gəmiricilərdən kök hüceyrələri götürülüb. Həmin hüceyrələr "in vitro" texnologiyası ilə sınaq şüşəsində yetişdirilib.

>

Yetişdirilmə zamanı orqanoid yəni əsl orqanın rudimenti meydana gəlib.

Məlum olub ki, hüceyrələr enerji almaq üçün qlükoza əvəzinə yağ turşularının parçalanmasından enerji alır. Bu onların funksionallığını həmçinin toxumaların ümumi regenerativ bacarıqlarını yaxşılaşdırır.

Keçid  yağ turşularının metobolizmində iştirak edən genlərin aktivliyini tənzimləyən PPAR transkripsion faktorların aktivləşməsi yolu ilə həyat keçir.

Habelə PPAR-yolu deaktivləşdirldiyi zaman aclıq yolu ilə belə regenerasiya prosesini bərpa etmək mümkün olmur.

Alimlər kök hüceyrələrinin yağ turşularının parçalanması ilə olan qarşılıqlı əlaqəsini və hüceyrələrin regenerasiyası prosesini daha dərindən təhlil edərək, qocaların ömrünü uzadacaq xüsusi preparat ərsəyə gətirməyi planlaşdırır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 774 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 779 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 752 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 851 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO