SAĞLAMLIQ

LED işıqlandırmalara diqqət

  • 06 May 2018
  • 154598 baxış

Günümüzün çox istifadə edilən texnologiyalarından LED işıqlandırılması, İngiltərədə Ekseter Universitetinin araşdırmaçıları tərəfindən tədqiq edildi və qorxuducu bir nəticə ortaya çıxdı.

İngiltərədə olan Ekseter Universitetinin bir araşdırmasına görə, LED işıqlandırmalar xərçəng riskini artırır.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, əl telefonlarından reklam pannolarına və hətta evdəki işıqlandırmalarda belə istifadə edilən LED texnologiyası xərçəng riskini artırır. Ən təhlükəliləri isə qırmızı və mavi LED-lərdir.

İspaniyada 2 minə qədər xərçəng xəstəsi üzərində aparılan araşdırmanın nəticələri, ABŞ-ın Environmental Health Perspectives (Ekoloji Sağlamlıq Perspektivləri) Jurnalında nümayiş olundu.

>

Məqaləyə görə, xərçəng riskini artıran mavi LED işıqları yalnız telefon və planşetlərlə məhdud deyil. Küçələrdə işıqlandırılan billbordlar da xəstələrdə bənzər təsirlər yaradır.

Evlərdəki mavi LED-lərdə risk 2.8-qat artıqdır. Araşdırma qrupundan Nevroloq Kristen Knutson fikirlərini bölüşərək dedi: "Xüsusilə qırmızı və mavi rənglərdəki işıqlandırma zərərlidir. Mavi LED işıqları, beyindəki melatonin hormonunun ifraz olunmasına mənfi istiqamətdə təsir edir. Bu da hormon mərkəzli xərçəng xəstəliklərinin inkişafında təsirli ola bilər".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45892 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 774 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 779 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 752 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 851 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO