idman

\"El-Klasiko\"larda ən çox kim qol vurub?

  • 07 May 2018
  • 152313 baxış

"Real"ın hücumçusu Kriştiano Ronaldo ötən gecə oynanılan "El-Klasiko"da komandasının bərabərlik qoluna imza atıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu, portuqaliyalı futbolçunun karyerası ərzində "Barselona"ya qarşı meydana çıxdığı matçlarda vurduğu 18-ci qoldu.

Ronaldo bu göstərici üzrə Madrid klubunun sabiq oyunçusu Alfredo Di Stefanoya çatıb. Onlar birlikdə ikinci pilləni bölüşürlər.

"El-Klasiko" tarixində ən çox fərqlənən futbolçu isə "Barselona"nın hücumçusu Lionel Messidi - 25 qol.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR