idman

TFF Fatih Terimə 9 milyon lirə təzminat ödəyəcək

  • 07 May 2018
  • 152599 baxış

Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimə 9 milyon lirə təzminat ödəyəcək.

XalqTV.com report-a istinadən xəbər verir ki, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib.

Qeyd edək ki, Fatih Terim ötən il iyulun 26-da Türkiyə yığmasının baş məşqçisi postundan istefaya göndərildikdən sonra müqaviləsi birtərəfli pozulduğu üçün məhkəməyə üz tutub. O, TFF-dən birillik maaşını - 3,5 milyon avro tələb edirdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR