idman
Argentina millisinin baş məşqçisi bəlli olub
Argentina millisinin baş məşqçisi bəlli olub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, gözlənildiyi kimi yığma komanda Xorxe Sampaoliyə tapşırılıb.
Bu barədə argentinalı mütəxəssisin son iş yeri "Sevilya" rəsmi açıqlama yayımlayıb. Bildirilib ki, 57 yaşlı çalışdırıcı iyunun 1-dən etibarən ölkəsinin millisində çalışacaq.
Qeyd edək ki, Sampaoli bu vəzifədə istefaya göndərilən Edqardo Bauzanı əvəzləyəcək.
XalqTV.com
RƏYLƏR








