idman

Azərbaycan Kubokunun finalında xarici müğənni

  • 07 May 2018
  • 152510 baxış

Azərbaycan kubokunun final matçına dəvət olunan məşhur simalardan biri müəyyənləşib.

XalqTV.com-ın Peşəkar Futbol Liqasının feysbuk səhifəsinə istinadən məlumatına görə, mayın 28-də keçiriləcək finalda rumıniyalı müğənni Seeya da iştirak edəcək.

"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan  Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə konsert verəcək. Seeyanın çıxışı "Keşlə" - "Qəbələ" oyunundan 1 saat əvvəl - 19:00-da başlayacaq.

Qeyd edək ki, final matçı saat 20:00-da başlayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR