Dünya

BƏƏ-də Skype yasağı ləğv olunacaq

  • 08 May 2018
  • 151567 baxış

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti "Skype" və "FaceTime" ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda "Arabian Business" nəşri yazıb.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, nəşrin məlumatına görə, videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

Ancaq "Microsoft" korporasiyası BƏƏ-də bir neçə məlumatların işlənməsi mərkəzini işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.

>

Hazırda ölkə hökuməti "Microsoft" və "Apple" şirkətləri ilə bu məsələ ilə əlaqədar danışıqlar aparır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR