idman
Kluyvert \"Roma\"nın hədəfində
"Ayaks"ın hücumçusu Castin Kluyvert karyerasını "Roma"da davam etdirə bilər.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu hollandiyalı hücumçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıb.
"Roma"dan başqa, "Milan" və "Yuventus" da 18 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Məşhur veteran hücumçu Patrik Kluyvertin oğlunun transferində ən iddialı "Roma" hesab olunur.
Qeyd edək ki, gənnc forvard bu mövsüm Eredviziyada 30 oyuna 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
XalqTV.com
RƏYLƏR