idman

Güclü sevginin əsas təhlükəsi açıqlandı

  • 09 May 2018
  • 154008 baxış

ABŞ-ın Rays Universitetindən olan Kris Faqundesin rəhbərlik etdiyi araşdırma qrupu bildirib ki, sevdiyi insanı itirən şəxslərin ilk üç ayda ürək dayanmasından ölüm riski çoxdur.

XalqTV.com oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Science Alert" nəşri məlumat yayıb.

Araşdırmalar 51-80 yaşlarında 65 nəfər üzərində aparılıb. Onlar iki hissəyə bölünüb: 32 nəfər həyat yoldaşını itirən şəxslər olub, qalanları isə müqayisə üçün nəzarət qrupuna qoşulub. Həmin şəxslərin cinsi, yaşı, çəkisi və sağlamlıq vəziyyəti əsas götürülüb.

>

Araşdırmalar zamanı birincilərdə qandakı iltihab prosesinin sürətlənməsi müşahidə olunub. Bundan başqa, onların ürək döyüntülərində 47 faiz dəyişkənlik görünüb. Ölüm riski 41 faiz yüksəlib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-15231-guclu-sevginin-esas-tehlukesi-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11