Dünya
Tarixində ilk kubok
Rusiya Kubokunun qalibi müəyyənləşib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, həlledici görüşdə "Tosno" ilə "Avanqard" üz-üzə gəlib.
"Volqoqrad Arena"da baş tutan qarşılaşma "Tosno"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Dmitri Parfyonovun çalışdırdığı komanda tarixində ilk dəfə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, Rusiya Premyer Liqasında sona bir tur qalmış aktivində 24 xalı olan "Tosno" elitanı tərk etmək təhlükəsi ilə üzləşib.
XalqTV.com
RƏYLƏR