Dünya

Bəşər Əsəddən ona \"heyvan\" deyən Trampa cavab

  • 10 May 2018
  • 150719 baxış

Suriya prezidenti Bəşər Əsəd ölkəsində kimyəvi silahdan istifadə edilməsi ilə bağlı iddialara görə onu "heyvan" adlandıran ABŞ prezidenti Donald Trampa cavab verib.

XalqTV.com Sputniknews-a istinadla xəbər verir ki, Yunanıstanın "Katimerin" qəzetinin müxbirinin suallarını cavablandıran dövlət başçısı ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı aprel ayının 13-dəki hərbi əməliyatından sonra ilk dəfə açıqlama verib.

>

"Əgər hər hansı bir ölkənin liderisinizsə, öz əxlaq dəyərlərinizdən əvvəl, xalqın dəyərlərini təmsil edirsiz. Bu söz Amerikanın mədəniyyətini təmsil edib? Əslində, sualı belə qoymalı idiniz. Yox, məncə, təmsil etmir. Dünyada belə bir dildən istifadə edən toplumun olduğunu düşünmürəm. İkincisi də ki, Trampın özünü çox şəffaf şəkildə ifadə etməsi, həqiqətən, çox yaxşı bir şeydir. Şəxs olaraq vecimə deyil. Çünki məsələyə siyasətçi, dövlət başçısı tərəfdən baxıram. Burada vacib olan məsələ mənə, ölkəmə təsir edən məqamların olub-olmamasıdır".

Emin
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR