idman

Kamran Quliyevin döydüyü qapılar və aldığı cavab

  • 10 May 2018
  • 155105 baxış

"Neftçi" Avropa Liqasına vəsiqə şansını davam etdirsə də, rəhbərlik baş məşqçi axtarışlarına "dur" demir.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bütün cəhdlə Tərlan Əhmədovun ayrılmasına çalışan klub prezidenti Kamran Quliyev namizədlərlə danışıqlar aparır.

Ancaq klub rəhbəri döydüyü hər qapıdan "yox" cavabı alır. Öncə Samir Abasovun "Sumqayıt"da qalmaq qərarından sonra "ağ-qaralar"ın prezidenti vaxt itirmədən "Səbail"in çalışdırıcısı Samir Əliyevə baş məşqçi postunu təklif edib. Lakin gənc mütəxəssis yenidən "Neftçi"yə qayıtmağa razı olmayıb.

Əliyevdən əli üzülən klub prezidentinin növbəti hədəfi Şahin Diniyev olub. Son olaraq "Kəpəz"də işləyən Diniyev hazırda işsiz olmasına baxmayaraq, təklifə mənfi cavab verib. Diniyev komandanın uğurlu çıxış etdiyini əsas gətirərək, bu dəyişikliyə gərək duyulmadığını söyləyib.

Yerli mütəxəssislərin heç birinin yaxınlıq etməməsi Tərlan Əhmədovun postunda qalmaq ehtimalını artırır. Komandanın Avropa Liqasına vəsiqə qazanıb-qazanmaması bu məsələdə böyük rol oynayacaq.

Qeyd edək ki, sona iki tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Neftçi" 3-cü yerdəki "Sumqayıt"la eyni sayda xala malikdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR