idman

Trampa buzların üzərində heykəl qoyulacaq

  • 11 May 2018
  • 151861 baxış

Bir qrup finlandiyalı ekoloq "Trampmor" layihəsini işə salıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, layihə çərçivəsində Arktikada buzlaqların birində ABŞ Prezidenti Donald Trampın surəti düzəldiləcək.

Qeyd olunur ki, bu addımın səbəbi qlobal istiləşməyə və buzlaqların əriməsinə diqqətin cəlb olunmasıdır.

>

Ekoloqların fikrincə, buzlaq bir müddət sonra əriməyə başlayanda D.Trampın üzü də yoxa çıxacaq. Bu layihə D.Trampın iqlim dəyişiklikləri barədə Paris sazişinə qarşı çıxması ilə əlaqədardır.

Qeyd edək ki, layihənin adı ABŞ-ın ilk dörd prezidentinin surətinin əks olunduğu Raşmor dağının adı ilə bağıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR