idman

Nigeriyalı futbolçudan baş məşqçiyə saymazyanalıq

  • 11 May 2018
  • 155103 baxış

Bu mövsüm İspaniya Primerasında yerini qoruya bilməyən "Las Palmas"ın məşqində maraqlı hadisə diqqəti çəkib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Emmanuel Emenike yuxulu olduğunu əsas gətirərək məşqi yarımçıq tərk edib.31 yaşlı hücumçu baş məşqçi Pako Xemesin hansı cavabı verəcəyini gözləməyib. İspaniya təmsilçisinin oyunçuya ağır cəza verəcəyi ehtimal olunur.

Emenike müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur. O, 2013 - 2017-ci illər ərzində Türkiyənin "Fənərbağça" klubunda çıxış edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR