Dünya

İrəvanda etirazçılar avtomobil yolunu bağlayıb

  • 11 May 2018
  • 152709 baxış

İrəvanda etirazçılar Arşakunyats prospektini bağlayıblar.

XalqTV.com APA-ya istinadən bildirir ki, etiraz aksiyasına məhkəmənin "Sasna tsrer" silahlı qrupu üzvlərinin vəsatətinin təmin etməməsi səbəb olub.

Etirazçılar qrup üzvlərinin azad edilməsini tələb edir.

>

Qeyd edək ki, 2016-cı ilin iyulunda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən "Sasna tsrer" silahlı qrupunun üzvləri iyulun 31-də polisə təslim olublar. İki həftə davam edən qarşıdurma nəticəsində 3 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Silahlı qrup üzvləri barəsində məhkəmə prosesi 2017-ci il, iyunun 8-də başlayıb. Bir neçə nəfər artıq həbs cəzası alıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR