idman

\"Real\"ın \"Liverpul\"u məğlub etməsini istəyirəm\"

  • 12 May 2018
  • 157277 baxış

"Tottenhem"'in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının finalı haqqında fikirlərini bölüşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis həlledici oyunda "Real"ın qələbə qazanmasını istədiyini deyib:

"Düşünürəm ki, Çempionlar Liqasının favoriti "Real"dır. Düzü, onların qalib olmasını istəyirəm, çünki "Liverpul" bizim Premyer Liqadakı prinsipial rəqibimizdir".

"Tottenhem" hazırda Premyer Liqada üçüncü, "Liverpul" isə dördüncü sırada qərarlaşıb. Komandalar arasında 2 xal fərq var.

Qeyd edək ki, "Real" və "Liverpul"un üz-üzə gələcəyi Çempionlar Liqası finalı mayın 26-da keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR