Dünya

NASA Marsa helikopter göndərəcək

  • 12 May 2018
  • 6081 baxış

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini bəyan edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.

>

Helikopter Qırmızı planeta 2020-ci ildə yola salınacaq və 2021-ci ildə ona çatacaq. O, digər planetdə istifadə olunacaq havadan ağır ilk apparat olacaq. Apparat üzərində dörd il işlər aparılıb, onun çəkisi 1,8 kiloqramdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR