idman
\"\"Liverpul\"da çox xoşbəxtəm\"
"Liverpul"un hücumçusu Məhəmməd Salah gələcəyi barədə danışıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, misirli futbolçu Mersisayd klubu ilə bağlı gələcəyə dair hədəflərinin olduğunu deyib.
"Burada çox xoşbəxtəm. Hər şey qaydasındadı, vəziyyətdən çox razıyam. "Liverpul"dakı gələcəyimlə bağlı hədəflərim var. Əla mövsüm keçiririk, Çempionlar Liqasının finalındayıq, hamı məmnun görünür, ancaq bütün bunlar hələ başlanğıcdı" - deyə, Salah bildirib.
Qeyd edək ki, bir müddət öncə Məhəmməd Salahın "Real"a keçməyə razılıq verdiyi barədə xəbərlər yayılmışdı.
XalqTV.com
RƏYLƏR