idman
Mövsümün ən yaxşı məşqçisi açıqlandı
Fransa Liqasında mövsümün sonuna 1 tur qalıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, növbəti çempionluğunu təmin edən PSJ-nin 3 nümayəndəsi fərdi mükafat qazanıb. Neymar mövsümün ən yaxşı futbolçusu seçilib. Ən yaxşı məşqçi üçün nəzərdə tutulan mükafat Unay Emeriyə təqdim olunub. Ən yaxşı gənc futbolçu Kilian Mbappe olub.
Liqa 1-də mövsümün komandası:
Stiv Mandanda ("Marsel"), Dani Alveş, Markinyos, Tyaqo Silva (PSJ), Ferlan Mendi ("Lion"), Luiz Qustavo ("Marsel"), Marko Verratti (PSJ), Nabil Fekir (Lion), Kilian Mbappe (PSJ), Edinson Kavani (PSJ), Neymar (PSJ)
XalqTV.com
RƏYLƏR