SAĞLAMLIQ

Yavaş ürək: uzun ömür

  • 16 May 2018
  • 153075 baxış

Milli.Az XalqTv.com-a xeber verirki  kardioloq Vüsal Vəliyevin yazısını təqdim edir:

Məməli heyvanlar aləmində çox adama tanış olan bir gerçək var: kiçik heyvanların ürəyi böyük olanlara nəzərən sürətli döyünür, ömrü isə qısa olur. 1980-ci illərdən bəri insanlar üzərində aparılan təcrübələr yuxarıdakı gerçəyin insanlar üçün də keçərli olduğunu ortaya qoymuşdur.

Ürək vurğularının 1 dəqiqədəki sayı (bundan sonra ürəyin sürəti ilə ömür uzunluğu arasındakı əlaqə 1980-ci ildə ABŞ-da Çikaqo şəhərində aparılan tədqiqatdan sonra aşkar edilmişdir. İstrahət vaxt sağlam insanlarda ürəyin sürət 0-100 vurğu/dəqiqədir (Bu yazıdakılar sakit vaxtda, yəni normada ürəyi 0-100 vurğu/dəqiqə arasında döyünənlər üçün keçərlidir. Ana bətnində olan uşaqda 110-10 vurğu/dəqiqə, yeni doğulanlarda 100-10 vurğu/dəqiqə, peşəkar idmançılarda 40-50 vurğu/dəqiqədir. Məməli heyvanlar arasında müqayisə aparanda görürük ki, böyük heyvanın ürəyi yavaş döyünür, amma uzun yaşayır, kiçik heyvanlarda isə tərsi doğrudur. Siçanın ürəyinin sürət 450-750 vurğu/dəqiqədir, ömrü isə 2 il. Mavi balinanın ürəyinin sürəti 8-10 vurğu/dəqiqə, ömrü 70-90 ildir. Fil üçün eyni parametrlər 25-35 vurğu/dəqiqə və 70 ildir. Ürəyin sürət ilə ömrün uzunluğu arasındakı əlaqə metabolizmanın sürətindən asılıdır; kiçik heyvanlarda metabolizma sürətli, bilavasitə ürək də sürətli, iri heyvanlarda tərsinədir. İri heyvanlarda kütlənin bədən səthinin sahəsinə nisbət kiçik heyvanlarınkından çox, istlik itkisi isə azdır.

Bu nəzəriyyənin ideyasını alman fizioloq Maks Rubner 1908-ci ildə irəli sürmüşdür. O yazırdı ki, biolojik enerjinin miqdarı məhduddur və ömrün uzunluğu bu enerjinin necə xərclənməyindən asılıdır.

Son 30-40 ildə insanlar üzərində ürəyin sürəti ilə ömrün uzunluğu arasında onlarla tədqiqat aparılmışdır.

Tədqiqatlarda gəlinən ümumi nəticəyə görə ürəyin sürətli döyünməyi xeyrə əlamət deyil. Tayvan adasında təqribən yarım milyon insan üzərində aparılan və nəticələri 2011-ci ildə "The Lancet" jurnalında yayımlanan bir tədqiqata görə 70 vurğu/dəqiqədən sonrakı hər 1 vurğu artm ömürdən 4 ay qısaldır.

Ürək vurğularının sayı 0-70 arasında olanlar, 80-90 vurğu/dəqiqə olanlara nəzərən 4-5 il uzun yaşayır.

Ürəyin sürətli döyünməsinin ürək üzərində təsiri çoxşaxəlidir; 1 ürək hüceyrələrinin qan axımını azaldır, 2 tac damarlarının içini txanıqlığa meyilli edir, 3 arteriya damarlarında sərtlik yaradır, 4 ürəyin iş yükünü artraraq ürəyi yorur, 5 ürəyin enerji depolarını boşaldır, ürəyin oksigen istehlakını artrır, 7 şişmanlıq və şəkər xəstəliyi yaradaraq ürəyə mənf təsir edir və s. Tədqiqatlarda göstərilmişdir ki, ürəyin sürətli döyünməsi qəfət ürək ölümünə, miyokard infarktna, arterial hipertenziya xəstəliyinə, ürək çatşmazlığına səbəb ola bilir.

Sürətli döyünən ürəyi yavaşlatmaq üçün çarələr var. Əvvəlcə səbəb axtarmaq, varsa aradan qaldırmaq lazımdır. Məsələn, qanazlığı varsa ürək sürətli döyünəcək, qanazlığı müalicə edilsə, ürək də düzələcək.

Ürək xəstəsi olanlarda ürəyi yavaşlatmaq üçün sübuta yetrilmiş və ömrü uzadan dərmanlar mövcuddur.

Heç bir xəstəliyi olmayan, amma ürək döyüntüsü 80-100 vurğu/dəqiqə arasında olanlara isə veriləcək ən vacib məsləhət çox hərəkət etmək və çəkini normada saxlamaqdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO