Dünya
Qüdsdə daha bir ölkənin səfirliyi açıldı
Daha bir ölkənin İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülüb.
XalqTV.com Sputniknews-a istinadla xəbər verir ki, ABŞ-dan sonra Qvatemalanın da Qüds şəhərində səfirliyi açılıb. Açılışda İsrailin baş naziri Benyamin Netanyahu və Qvatemalanın prezidenti Cimmi Morales iştirak edib.
>Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.
Bəxtiyar Umarlı
XalqTV.com
RƏYLƏR