idman

\"Real\" Çempionlar Liqasını qazansa...

  • 18 May 2018
  • 155051 baxış

İspaniyanın "Atletiko" klubunun Avropa Liqasının qalibi olması UEFA Superkubokunda tarixi hadisənin gerçəkləşməsi ehtimalı yaradıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bunun üçün Çempionlar Liqasının (ÇL) finalında da "Real"ın qələbə qazanması lazımdı.

"Kral klubu" "Liverpul"la mayın 26-dakı görüşdə qalib gəlsə, Superkubok matçında "Real"la "Atletiko" üz-üzə gələcək. Bu isə yarışın tarixində ilk hal olacaq ki, eyni şəhər təmsilçiləri qarşılaşacaq.

İndiyədək Superkubokda heç vaxt eyni şəhər komandaları üz-üzə gəlməyib. Düzdü, 6 dəfə eyni ölkə klublarının dueli qeydə alınıb. İtaliyalılar 1989/90 ("Milan" - "Sampdoriya"), 1992/93 ("Parma" - "Milan"), ispaniyalılar 2005/06, 2014/15 (hər ikisi "Barselona" - "Sevilya"), 2013/14, 2015/16 (hər ikisi "Real" - "Sevilya") mövsümlərində cütlük təşkil edib.

Qeyd edək ki, Superkubok oyunu avqustun 15-də Estoniyanın paytaxtı Tallində keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-15389-real-cempionlar-liqasini-qazansa-..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11