idman
\"Qalatasaray\"ın ilk yay transferi
"Qalatasaray" klubu "Eskişehirspor" komandasının futbolçusu Dorukhan Toközü transfer edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib.
Eskişehirspor bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə "Qalatasaray"'ın ilk yay transferi olacaq.
Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm "Eskişehirspor" forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib.
XalqTV.com
RƏYLƏR