SAĞLAMLIQ

Uşaqlar üçün geyim seçməyin qaydaları

  • 19 May 2018
  • 159180 baxış

Valideynlər övladlarının zövqlü və gözəl görünməsini istəsələr də, təəssüf ki, gözəllik altında gizlənən təhlükədən xəbərsiz olurlar. Körpə dərisinin həssaslığını nəzərə alsaq, narahatlığın əbəs yaranmadığı üzə çıxar.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, uşaqların dərisi güclü sorma qabiliyyətinə malik olduğundan keyfiyyətsiz geyimlərdən istifadə olunan zaman parçadakı kimyəvi maddələr bədənə daha asan ötürülür. Nəticədə uşağın dərisində səpgilər və digər allergik reaksiyalar əmələ gəlir.

Azərbaycan Tibb Universitetinin əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva uşaqlar üçün yalnız təbii liflərdən hazırlanmış paltarların alınmasını məsləhət görür: "Pambıq, ipək, kətan və yundan hazırlanmış paltarların uşaqlar üçün alınması daha məqsədəuyğundur. Yay mövsümü üçün övladlarına paltar almağa hazırlaşan valideynlər geyimlərin istilikkeçirmə və buxarlanma qabiliyyətinin olmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusilə alt paltarların təmiz lifdən olması vacibdir. Üst geyimlər dəri ilə təmasda daha az olduğundan süni liflərdən ola bilər.

>

Uşaqlar üçün geyim aldıqda gigiyenik sertifikat da tələb edilməlidir. Həmin sertifikat geyimin təbii liflərdən hazırlandığının göstəricisidir. Uşaqda səpgilər və ya bu kimi digər qeyri-spesifik hallar müşahidə olunduqda, pediatra müraciət etmək mütləqdir. Həkim-pediatr məsləhət bildiyi halda allerqoloq müayinəsi də aparılmalıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO