SAĞLAMLIQ

Gülüşün sağlamlığa müsbət təsiri

  • 20 May 2018
  • 155373 baxış

Gülüşün insan orqanizminə faydası çoxdan məlum olsa da, alimlər onun yeni müsbət təsirlərini üzə çıxarıblar.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, həkimlərin fikrincə, əla antidepressant olan gülüş zamanı yaranan endorfin hormonu stresin orqanizmə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir.

Gülüş həm də əqli və fiziki əməyin, məşqlərin səmərəsinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş sosial həyata da müsbət təsir edir. Belə ki, ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar.

>

Amerikalı alimlərin qənaətinə əsasən, gülüş yaddaşı möhkəmləndirir. Hətta kəskin respirator virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında da onun faydalı vasitə olduğunu söyləyirlər. Bunun səbəbi gülüşün təsiri ilə əmələ gələn anticisimlərin müxtəlif bakteriya və viruslara "hücum" edərək onların çoxalmasına, orqanizmin xəstələnməsinə imkan verməməsi ilə əlaqədardır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO