Dünya

İŞİD lideri Yəməndə ələ keçdi

  • 20 May 2018
  • 153021 baxış

Yəməndə İŞİD-in liderlərindən biri sayılan Əmir Daki adlı şəxs saxlanılıb.

XalqTV.com axar.az-a istinadən bildirir ki, bu barədə Yəmənin Daxili İşlər Nazirliyi informasiya yayıb.

Məlumata görə, Daki ölkənin şimal istiqamətində yerləşən ərazilərdən birində terakt törətməyə hazırlaşıb. Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib.

>

Ölkənin şimalında keçirilən xüsusi əməliyyatla daha bir neçə İŞİD terrorçusu saxlanılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR