idman

Tanınmış məşqçi klubsuz qaldı

  • 20 May 2018
  • 153645 baxış

"Nitsa" klubu baş məşqçi Lüsyen Favrla yollarını ayırıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. İsveçrəli mütəxəsis 2016-cı ildə "provanslar"ın sükanı arxasına keçmişdi. Favrın ilk mövsümündə komanda Fransa Liqasında 3-cü, geridə qalan mövsümdə isə 8-ci olub.

Təcrübəli çalışdırıcının növbəti dayanacağı Borussia Dortmund ola bilər. Dortmund klubu hələ Tuxelin istefasında sonra (2017-ci il may) onunla maraqlanmış, amma "Nitsa" məşqçisini buraxmamışdı. Fransa klubunda Favrı əvəzləməyə əsas namizədlər isə Patrik Viera və Eduardo Berizzodur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR